“Partizan” liderliyini davam etdirir
21.10.2012 - 09:30
“Partizan” liderliyini davam etdirir
“Neftçi”nin Avroliqada rəqibi olan Serbiyanın “Partizan” klubu ölkə çempionatında uğurlu çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi IX turda səfərdə “Rad”a 1:0 hesabı ilə qalib gəlib. Qonaqlara qələbəni 10-cu dəqiqədə İvan İvanovun vurduğu qol qazandırıb.

Qeyd edək ki, “Partizan” 9 oyundan sonra 24 xalla vahid lider olaraq qalır. Komanda 8 oyunda qalib gələrək, yalnız 1-də uduzub. O, əzəli rəqibi “Srvena Zvezda”nı 2 xal qabaqlayır.