Lionel Messi: Məni qollarımın sayı maraqlandırmır
21.10.2012 - 10:35
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi İspaniya çempionatında bombardirlər yarışında liderliyə yüksəlib. Apasport.az saytının məlumatına görə, bu, 25 yaşlı hücuçusu hesabat trunda “Deportivo”ya səfərdə 5:4 hesabı ilə qalib gəldikləri oyunda etdiyi het-trik nəticəsində reallaşıb.
Bununla da 1-i penaltidən olmaqla 11 qol vuran Messi Madrid “Real”ında rəqibi Kriştianu Ronaldonu keçib. Portuqaliyalı hücumçunun hesabında 9 qol var ki, bunun 4-ü penaltidən vurulub. “Atletiko”nun kolumbiyalı hücumçusu Radamel Falkao isə 8 qol vurub ki, bunun yarısına penaltidən imza atıb.
Lionel növbəti uğurundan sonra klubunun rəsmi saytına açıqlamasında həm qollarını, həm də oyunda baş verənləri dəyərləndirib: “Qapımıza penalti yox idi. Eyni zamanda Maskeranonun meydandan çıxarılmağı da ədalətsiz qərardır. Ancaq başa düşmək lazımdır ki, matç çox çətin idi. Bu, hakimə də aiddir. Bizə yığmaların oyunundan sonra qələbə qazanmaq çox vacib idi. Bu, bizim komanda üçün çox lazım idi. Onu deyə bilərəm ki, mən ümumiyyətlə, vurduğum qolların sayı haqda düşünmürəm. Məni yalnız komandamın nəticəsi maraqlandırır”.

0
0