“Professor”un rekordçusu olduğu turnirdə debütü
21.10.2012 - 11:18
Sabah Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov ölkə kubokunda məşqçi kimi debüt edəcək. Apasport.az saytının məlumatına görə, “Kəpəz”in 39 yaşlı çalışdırıcısının siftəsi Azərbaycan kubokunun 1/16 final mərhələsində I divizion təmsilçisi “Zirə” ilə səfər oyununda olacaq. Bununla da Qurbanov ona yaxşı tanış olan, böyük uğur gətirən turnirdə yeni ampluada çıxış edəcək.
Məsələ ondadır ki, Mahmud futbolçu karyerasında 5 dəfə Azərbaycan kubokunun qalibi olmaqla rekordçudur. O, bunun ilk 2-ni indiki komandasında qazanıb. “Professor” ləqəbli keçmiş yarımmüdafiəçinin sonrakı 3 kuboku “Neftçi”, “Xəzər Lənkəran” və “Bakı”nın heyətində əldə edib. 10 dəfə Azərbaycan çempionu olmaqla rekordçu sayılan Qurbanov karyerasında ümumilikdə 19 mükafatı olub.
Maraqlıdır ki, o, Azərbaycan kubokunda Gəncənin digər təmsilçisi “Tərəqqi”nin baş məşqçisi debüt edə bilərdi. Ancaq Qurbanov cari mövsümün gedişində ona böyük uğurlar qazandıran “Kəpəz”in baş məşqçisi postuna gətirildi. Onun məşqçi kimi debütü keçmiş komandası – “Bakı” ilə səfər oyununda 1:3 hesablı məğlubiyyətdə reallaşdı.

0
0