Pelenin hegemonluğuna son qoyan oğlan
21.10.2012 - 12:30
“Futbol kralı” Pelenin hegemonluğuna son qoyulur. Apasport.az saytının məlumatına görə, son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən “Barselona”nın argentinalı legioneri Lionel Messi əfsanəvi braziliyalı hücumçunun uzun illərdir qırılmaz olan rekordlardan birinə çatmaq üzrədir.
Söhbət 1 ildə rəsmi oyunlarda vurulan qollardan gedir.
Pele 1959-cu ildə 75 qol vurub ki, bunun 66-na vətənində çıxış etdiyi “Santos” klubunda, 9-da yığmada imza atıb.
Messi isə “Deportivo” ilə İspaniya çempionatının hesabat turunda etdiyi het-triklə üçqat dünya çempionuna “əlcək atıb”.
Belə ki, Lionel bu il artıq 71 qol vurub. O, 51 dəfə “Barselona”da, 12 dəfə yığmada fərqlənib. Messinin ilin sonuna kimi Pelenin rekordunu qıracağı çox real görünür.

0
0