“Azərbaycan yığması üzərində qələbəni tez unutmağı xahiş elədim”
21.10.2012 - 13:04
“Azərbaycan yığması üzərində qələbəni tez unutmağı xahiş elədim”
“Azərbaycan yığması üzərində böyük hesablı qələbə qazanmağımıza baxmayaraq, qızılardan bu matçı tez unutmağı xahiş elədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 19 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Sergey Nikitin deyib. Krımsk şəhərində keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində mübarizəyə qatılan Azərbaycanın U-19-u Rusiyaya 0:5 hesabı ilə uduzub.

Nikitinin sözlərinə görə, futbolçuları millimizlə oyunda nəticəyə görə arxayınlaşmamalıdır: “Bu nəticəni tez yaddan çıxartmalıyıq ki, növbəti vacib oyunumuz olan Sloveniya ilə matça lazımı kimi köklənək. Mən rəqibimizin İsveçlə oyununun ilk hissəsini izləyə, müəyyən nəticələr çıxarda bildim. Bu oyunun videoyazısını əldə edən kimi hər şeyi ciddi təhlil edəcəyik. Evdə, azarkeşlərimiz qarşısında keçirilən turnirdə 1-ci yeri tutmağı çox istəyirik. Azərbaycanla oyunumuzu nəticəsindən razı qaldım. Hesab edirəm ki, komanda ondan tələb olunan oyunu göstərə bildi”.

Qeyd edək ki, yığmamız turnirdə 2-ci oyununu sabah İsveçlə keçirəcək.