“Biz Azərbaycan millisini bütün komponentlərdə üstələdik”
21.10.2012 - 13:38
“Biz Azərbaycan yığmasını bütün oyun komponentlərdə üstələdik. Mən qələbəni bunun hesabına qazandığımıza əminəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın 19 yaşadək qızlardan ibarət yığma komandasının kapitanı Anastasiya Yefimova deyib.
Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması ilə matçdakı 5:0 hesablı qələbədə əsas pay sahiblərindən olan kapitan oyunlarından razı qalıb: “Bizim oyunumuz xoş təsir bağışladı. Komanda yaxşı hazırlaşıb, əla kökləndi. Hesab edirəm ki, biz maraqlı futbol göstərdik. İndi bizi Sloveniya ilə oyun gözləyir ki, onda da müsbət nəticə qazanmağa çalışacağıq”.

0
0