Yunis Hüseynov: Hakim ilk hissədə 2 penaltimizi vermədi
21.10.2012 - 18:39
"Lənkərandakı ikinci oyunumuz idi. Gərgin matç oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib. O, Topaz Premyer Liqasında “Qəbələ” ilə 1:1 hesabı ilə nəticələnən ev oyununda buraxılan qolu müdafiə xəttində buraxdıqları səhvin nəticəsi sayır: “Öz səhvimizdən qapımızda qol gördük. Bilirdik ki, Ramiz Məmmədovun gəlişindən sonra rəqibimiz oyun anlamında daha da artırıb. Ancaq buna baxmayaraq, qələbə qazanmağı çox istəyirdik. Xüsusilə ötən turda AZAL-a səfərdə qalib gələndən sonra növbəti 3 xalı qazanmaq istəyirdik. Ancaq təəssüf ki, bunu bacarmadıq. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Hüseynov baş hakim Rauf Cabbarovun idarəşiliyindən narazı qalıb: “O, ilk hissədə 2 penaltimizi vermədi. Rahid Əmirquliyevə qarşı qayda pozuntusu olsa, hakim rəqibin lehinə cərimə zərbəsi təyin etdi. Bunun davamı olaraq qapımıza qol vuruldu".

0
0