“Lənkərana 3 xal qazanmaq üçün gəlmişdik”
21.10.2012 - 18:50
"Ağır oyun oldu. Lənkərana üç xal qazanmaq üçün gəlmişdik. Ancaq bərabərlik qeydə alındı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
Komandanın baş məşqçisi postuna qayıdışında ardıcıl 3-cü oyununda bərabərliyə imza atan çalışdırıcı “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının IX turunda bu gün 1:1 hesabı ilə nəticələnən matçda xal itirdiklərini bildirib: “Biz iki xal itirdik. 77 dəqiqə öndə olduq. Oyunda effektiv müdafiə olunduq, kəskin əks-hücumlar təşkil etdik. "Xəzər Lənkəran" kimi komanda ilə bu qədər uzun vaxt öndə olmaq da uğur hesab oluna bilər. Penaltidən qol buraxdıq. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".

0
0