Yığmamız “Funtana”dan güclü oldu
22.10.2012 - 08:44
Yığmamız “Funtana”dan güclü oldu
Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə Xorvatiyada təlim-məşq toplanışında olan Azərbaycan yığması (U-19) yoldaşlıq matçı keçirib. Apasport.az saytının məlumatına görə, millimiz “Funtana” klubu ilə gücünü yoxlayıb.

Qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Xorvatiya təmsilçisinin qapısından topları Ruslan Nəsirli, David Qarayev və Bayram Budaqov keçirib.

Mənbə: affa.az