“Kəpəz” “Qala”nı aldı
22.10.2012 - 17:52
“Kəpəz” “Qala”nı aldı
Bu gün keçirilən bir oyunla XXI Azərbaycan kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, turnirin açılış oyununda, 1/16 final mərhələsi çərçivəsində “Qala” “Kəpəz”lə qarşılaşıb.

Oyun qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Rəqibini 4:2 hesabı ilə məğlub edən gəncəlilər 1/8 finala çıxıblar.

“Qala” – “Kəpəz” - 2:4
Qollar: Bəxtiyar Fəzai, 81; 85 - Yuri Fomenko, 2; 13, Bəxtiyar Soltanov, 45; Yuri Fomenko, 59
Zirə, idman kompleksinin stadionu