Rail Məlikov: 90 dəqiqə və sarı vərəqə
22.10.2012 - 10:38
Rail Məlikov: 90 dəqiqə və sarı vərəqə
Türkiyənin I liqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçuları Rail Məlikov, Cavid Hüseynov və Cihan Özkaranın şərəfini qoruduqları klublar növbəti oyunlarına çıxıblar.

Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” “Çaykur Rizəspor”la qarşılaşıb. Matçda hesab açılmayıb. Əsas heyətdə meydana çaxan və görüşü əvəzedilmədən keçirən Məlikov sarı vərəqə alıb.

Cavid Hüseynovun heyətində yer aldığı “Adana Dəmirspor” “Manisaspor”u yenib - 2:0. Həmyerlimiz bu qarşılaşmada meydana çıxmayıb.

Milli üzvü Cihan Özkara ehtiyatda qaldığı oyunda, onun çıxış etdiyi “Ərciyəsspor” səfərdə “Samsunspor”la bərabərə qalıb - 1:1.