Millimizin futbolçusu 20-ci dəqiqədə əvəzləndi
22.10.2012 - 10:49
Millimizin futbolçusu 20-ci dəqiqədə əvəzləndi
Moldova çempionatında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yeni üzvü Elhad Nəzirinin şərəfini qoruduğu “Milsami” növbəti oyununu keçirib.

Həmyerlimizin komandası səfərdə “Nistru” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas heyətdə yer alan Nəziri 20-ci dəqiqədə əvəzlənib.