Berdıyev 16:30-da, Hacıyev 20:30-da
22.10.2012 - 11:27
Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində oktyabrın 25-də keçiriləcək “Rubin” – “Neftçi” oyunu öncəsi proqram açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər 2 komandanın mətbuat konfransı və açıq məşqi oktyabrın 24-də olacaq.
Kazan təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçın keçiriləcəyi Mərkəzi stadionunun mətbuat mərkəzində yerli vaxtla saat 15:30-da (Bakı vaxtilə saat 16:30-da) jurnalistlər qarşısına çıxacaq. Bundan saat yarım sonra isə “Rubin” öz bazasında açıq məşq keçirəcək.
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı Bakı vaxtilə saat 20:30-da həmin məkanda olacaq. Bundan 30 dəqiqə sonra komandamız Mərkəzi stadionda açıq məşqə çıxacaq.
Qeyd edək ki, “Rubin” – “Neftçi” oyunu Bakı vaxtilə saat 21:00-da keçiriləcək.

0
0