“Rubin”in “Neftçi” ilə oyun öncəsi sıxıntıları
22.10.2012 - 12:23
“Rubin”in “Neftçi” ilə oyun öncəsi sıxıntıları
“Neftçi”nin Avroliqada rəqibi olan “Rubin” Rusiya Premyer Liqasının son turunda MOİK-lə səfər oyununda heyətlə bağlı ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 25-də komandamızı qəbul edəcək Kazan təmsilçisində bir sıra futbolçularla bağlı məsələ açıq qalır.

Belə ki, rəqibimizin təcrübəli müdafiəçiləri – italiyalı Salvatore Bokketti ilə Aleksandr Ryazantsevin adı heç 18 nəfərlik iştirak ərizəsində olmayıb. “Rubin”in zədələri haqda məlumat vermədiyi bu futbolçuların 3 gün sonra meydana çıxacağı sual altındadır.

Kazanlıların heyətlə bağlı ciddi probleminin olduğunu Moskvadakı oyunun protokolunu doldura bilməməyi, ehtiyatda cəmi 6 futbolçunun yer almağı göstərir. “Malaqa”dan transfer edilən braziliyalı Salomon Rondonla Sergey Davıdov ehtiyatda qalıblar. Digər hücumçu Vladimir Dyadyun ümumiyyətlə, kənarda qalıb.

İspaniyalı müdafiəçi Sesar Navas isə Rusiyanın Nizam-İntizam Komitəsi tərəfindən 7 oyunluq cəzasına başlasa da, bu, Avroliqaya şamil olunmadığından, “Neftçi” ilə matçda meydana çıxa biləcək. Navasın yoxluğunda kapitan Roman Şaronovla İvan Markanonun problemi qalmadığından, əsas heyətə qayıdaraq, müdafiənin mərkəzində yer alıb. “Rubin”in türkiyəli hücumçusu Gökdəniz Karadanəiz cinah futbolçusu olduğu halda, “Neftçi” ilə oyun öncəsi mərkəz hücumçusu kimi sınanmağı diqqət çəkib.

Qeyd edək ki, MOİK-ə 0:2 hesabı ilə uduzan “Rubin” 12 oyundan sonra 18 xalla turnir cədvəlində 8-ci yerdə gedir.