Qayıdış
22.10.2012 - 14:12
Topaz Premyer Liqasının IX turu “Xəzər Lənkəran”ın doğma arenaya qayıdışı ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, cənub klubu cari çempionatda 2-ci dəfə Lənkəran şəhər stadionuna çıxdı.
“Qəbələ” ilə 1:1 hesablı heç-heçə edən “ağ yaşıllar” sonuncu dəfə 72 gün əvvəl doğma azarkeşlər önünə çıxmışdılar. Bu, avqustun 10-da “Kəpəz”lə matçda baş vermişdi (5:0).
Ümumilikdə isə bu qarşılaşma Lənkəranın əsas arenasındakı 106-cı görüş oldu. Burada 64 qələbəsi və 33 heç-heçəsi olan komanda cəmi 9 dəfə məğlub olub. 186-cı dəfə şəhər stadionunda azarkeşlərini sevindirən “Xəzər Lənkəran” burada 59-cu qolunu buraxıb.

0
0