AFFA “Bakı”nı 36 min manat cərimələyib, sanksiya ilə hədələdi
22.10.2012 - 15:43
AFFA Topaz Premyer Liqasının IX turunun “Qarabağ” – “Bakı” matçından sonra baş verən qalmaqala baxıb. Apasport.az saytının xəbərinə görə, insidenti araşdıran İntizam Komitəsi hakimlərə xəsarət yetən şəxsi müəyyənləşdirib.
Belə ki, oyun başa çatandan sonra hakimlər onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə “Bakı”nın mühafizəçisi Elvin Fətullayev qarşılaşmanın baş hakimi Əliyar Ağayevi yumruqla vurub. Həmin şəxs polislər tərəfindən yaxalansa da, klubun digər üzvlərinin köməkliyi nəticəsində hadisə yerindən uzaqlaşdırılıb.
Bu hadisənin paytaxt klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməsinə baxmayaraq, həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə, hakimləri təhqir edib və onlara hədə-qorxu gəliblər.
Bunları nəzərə alan İntizam Komitəsi “Bakı”nı və adıçəkilən şəxsləri cəzalandırıb.
“Bakı”nın mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.
Komandanın baş meneceri Zeynal Məmmədov və katib Zəka İbrahimov hakimləri təhqir etdiklərinə, onlara hədə qorxu gəldiklərinə və təhrikçi hərəkətlərinə görə hər biri 10 oyunluq cəzalanıb, komanda 16 000 manat cərimə olunub. Adıçəkilən şəxslərin cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilir.
Analoji hadisənin baş verəcəyi təqdirdə “Bakı” klubuna qarşı aşağıdakı sanksiyalar tətbiq olunacaq:
- Oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi.
- Klubun aktivindən xalların silinməsi.
- Klubun yarışlardan kənarlaşdırılması.

0
0