“Onlar hansı komandada olduqlarını tam dərk etmirlər”
23.10.2012 - 08:34
“Onlar hansı komandada olduqlarını tam dərk etmirlər”
“4:2 hesablı qələbə qazandıq, komandamızın çoxlu qol imkanları oldu. Lakin hamısından istifadə edə bilmədik. Bunun üzərində çalışmalıyıq”. Apasport.az saytının məlumatına göər, bunu “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Gənc mütəxəssis Azərbaycan kubokunun 1/16 final mərhələsinin açılış oyununda I divizion təmsilçisi “Qala”nı 4:2 hesabı ilə məğlub etdikləri oyuna münasibət bildirib: “Bəzi futbolçular hansı komandada olduqlarını hələ tam dərk etmirlər. “Qala” komandasının qapıçısının oyunu tərifə layiqdir. Artıq növbəti mərhələdə “Qarabağ”la qarşılacağıq, öz oyunumuz üzərində işləməliyik”.