“Müdafiəçilərin səhvləri çox oldu”
23.10.2012 - 08:44
“Kəpəz” kimi komanda ilə qarşılaşmaq bizim üçün ciddi sınaqdır. Maraqlı oyun alındı, azarkeşlərin darıxmadığını düşünürəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qala”nın baş məşqçisi Fəxrəddin Qayibov Azərbaycan kubokunun 1/16 final mərhələsinin açılış oyununda “Kəpəz”ə 2:4 hesablı məğlubiyyətdən sonra deyib.
Yarışda mübarizəni dayandıran I divizion təmsilçisinin çalışdırıcısı bildirib ki, rəqibləri gözəl oyun nümayiş etdirib: “Ümumilikdə oyundan razı qalsam da, müdafiəçilərin səhvləri çox oldu. Əvəzində qapıçımız bizə çox kömək elədi. Yüksək liqanın komandası səviyyəsinə görə yüksəkdir”.

0
0