“Həzz almaq üçün zala gəlin”
23.10.2012 - 09:09
“Həzz almaq üçün zala gəlin”
“Çempionlar Liqası səviyyəsinə görə qitənin ən möhtəşəm yarışıdır. Bunun üçün burada var gücümüzlə mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Srvena Zvezda”nın voleybolçusu Mina Popoviç deyib.

Komandasının aparıcı blokçusu Çempionlar Liqasında “Lokomotiv”lə bu gün keçirəcəkləri oyunda azarkeşlərdən dəstək istəyib: “İnanıram ki, fanatlarımız öz dəstəyini komandadan əsirgəməyəcəklər. Onlar bizi qələbəyə ruhlandırmaq və “Lokomotiv” kimi əla voleybolçulardan qurulmuş güclü klub ilə oyundan həzz almaq üçün zala gələcəklər. Düzdür, belə səviyyəli turnirdə səviyyəmiz kifayət qədər deyil. Fikrimcə, oyunda bu hiss olunmayacaq”.