“Qarabağ” “Xəzər Lənkəran”la oyuna itkilərlə hazırlaşır
23.10.2012 - 11:50
“Qarabağ” “Xəzər Lənkəran”la oyuna itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının növbəti turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” məşqlərini bərpa edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, X turda Lənkərana yollanacaq Ağdam təmsilçisi günün ilk çalışmasını Suraxanı qəsəbə stadionuna keçirib.

“Bakı” ilə oyundan sonra komandaya istirahət verən Qurban Qurbanovun planında 2-ci məşq saat 16:30-a nəzərdə tutulub.

“Ağ-yaşıllar”la oyun öncəsi zədə səbəbindən Rəşad Sadıqovla Namiq Yusifov komandadan ayrı düşüb. Əfran İsmayılov fərdi şəkildə məşqlərə başlayıb. Onlardan fərqli, Mustafa Afroto isə tamamilə sağalıb və kollektiv çalışmalarda iştirak edir.