Azarkeşləri “Xəzər Lənkəran”a ziyan vurdu
23.10.2012 - 11:58
Azarkeşləri “Xəzər Lənkəran”a ziyan vurdu
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının IX turunda baş verən qayda pozuntularına hüququ qiymət verilib.

Belə ki, “Neftçi” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Kəpəz” 1000 manat cərimə olunub. “Turan” – AZAL duelində isə ev sahibləri cəzaya məruz qalib. Onların 6 futbolçusu sarı vərəqə aldıqlarına görə klub “Kəpəz”lə eyni miqdarda cərimə olunub.

“Xəzər Lənkəran” – “Qəbələ” matçının 82-ci dəqiqəsində isə “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.