Rossi “İnter”də oynamaq istəyir
23.10.2012 - 12:37
“Hazırda yalnız zədəmi sağaltmaqla məşğulam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Vilyareal”ın hücumçusu Cuzeppe Rossi deyib.
İtaliya yığmasının sabiq üzvü bildirib ki, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “İnter”də çıxış etməyi arzulayır: “İnter”də oynamaq istərdimmi? Belə bir klubun şərəfini qorumağı hansı futbolçu arzulamaz. Bu komandadan həmişə xoşum gəlib. “Neradzurra” hazırda əla formadadır. Milan klubunun layihəsi inkişaf eləməkdədir. Onlar çıxış etdikləri bütün turnirlərdə titullar uğrunda vuruşmağa qadirdilər. Bunu nəzərə alsaq, indidən “Yuventus”u çempion elan etməyə tələsməyin”.

0
0