“Sumqayıt” – “Rəvan” matçının protokolunda saxtakarlıq!
23.10.2012 - 14:31
Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “Rəvan” matçının protokolunda saxtakarlığa yol verilib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin futbolçusu Sabir Allahquliyev həmin oyuna start heyətində çıxsa da, Peşəkar Futbol Liqasının rəsmi internet saytında 24 yaşlı futbolçunun ümumiyyətlə meydana çıxmadığı göstərilib.
Allahquliyevin ilk dəqiqələrdən meydana çıxması şərəfini qoruduğu “Sumqayıt” klubunun rəsmi internet səhifəsində yerləşdirilən sonuncu fotoreportajda əksini tapıb. Amma PFL-in ictimaiyyətə təqdim etdiyi protokolda Sabirin oynamadığı qeyd olunub.
Maraqlıdı, görəsən, bu saxtakarlığa kim yol verib: PFL, yoxsa...
Bununla bağlı PFL-lə əlaqə saxladıq. Qurumun adının çəkilməsinin istəməyən əməkdaşlarından biri yanlışlıqla bağlı iradları qəbul etməklə yanaşı bildirib ki, əslində, matçın protokolunu təmsil olunduğu quruma dördüncü hakim təqdim edib: “Həmin oyunda isə dördüncü hakim Tahir Əhmədov olub. Əslində, burda PFL-in günahı yoxdu. Əhmədov protokolu bizə necə təqdim edibsə, biz də sayta elə yerləşdiririk”.

0
0