“Neftçi” Kazana getdi
23.10.2012 - 15:15
“Neftçi” Kazana getdi
“Neftçi” klubu futbol üzrə Avropa Liqasında növbəti oyununu keçirmək üçün Rusiyanın Kazan şəhərinə yollanıb. Apasport.az saytının xəbərinə görə, komanda az öncə çarter reysi ilə səfərə çıxıb.

“Rubin”lə görüşə gedənlər arasında futbolçulardan zədədən sonra bərpa prosesini keçən Bahodir Nasimov da yer alıb. Lakin o, zədəsi tam sağalmadığı üçün meydana çıxmayacaq. Cavid İmamverdiyev isə Kazana yollanmayıb. O, bu gün əməliyyat olunub.

Qeyd edək ki, “Rubin”-“Neftçi” oyunu oktyabrın 25-də Kazandakı mərkəzi stadionda saat 21:00-da başlanacaq.