“Neftçi” “Miraj”da
23.10.2012 - 22:48
“Neftçi” Azərbaycan təmsil etdiyi Avroliqada 3-ci oyununu keçirəcəyi Rusiyaya gəlib. Apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, oktyabrın 25-də “Rubin”in qonağı olacaq komandamız bu gün axşam saatlarında Tatarıstan paytaxtına çatıb.
Çarter reysi ilə səfərə çıxan “Neftçi”ni gətirən təyyarə Kazan beynəlxalq hava limanına enəndən sonra nümayəndə heyətinin üzvləri orada miqrasiya vərəqini doldurmaq üçün bir müddət vaxt sərf etməli olub.
Bundan sonra çempionumuz onu gözləyən avtobusla qalacağı “Miraj” beşulduzlu otelinə yollanıb. Orada yerləşəndən az sonra şam yeməyinə düşən komanda üzvləri ardından keçirilən toplantıda qarşıdakı oyunla bağlı müzakirələr aparıb. Hazırda Kazanda yetərincə soyuqdur, havanın temperaturu sıfır dərəcə göstərilir, gecə mənfiyə düşəcəyi gözlənilir.
Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev sabah Bakı vaxtilə saat 20:30-da “Rubin”lə oyunun keçiriləcəyi Mərkəzi stadionunda mətbuat konfransı keçirəcək. Bundan 30 dəqiqə sonra həmin məkanda komandamızın açıq məşqi olacaq.
Mehman SÜLEYMANOV
Kazan

0
0