Rəşad Sadiqov: Mənim küsməklə aram yoxdu – MÜSAHİBƏ
23.10.2012 - 23:36
“Neftçi” klubunun kapitanı Rəşad Sadiqovun apasport.az saytının Kazana ezam olunmuş əməkdaşına müsahibəsi
- Komandanız sabah “Rubin”lə qarşılaşacaq. Məşqləriniz neçə keçdi?
- Yaxşı səviyyədə. Premyer Liqanın hesabat turunda “Kəpəz”ə 4:1 hesabı ilə qalib gəldik. Əvhal-ruhiyyəmiz yaxşıdır. Demək olar bu qələbə “Rubin”lə oyun öncəsi yerinə düşdü. Komandamızda yaxşı atmosfer var. “Rubin”lə oyunun çox çətin olacağını bilirik. Ancaq doğrudan da buradan xalla qayıtmağı düşünürük. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.
- Yəqin ki, Bakıya 1 xalla qayıtmaq minimal vəzifədir...
- Əlbəttə. Bura qələbə dalınca gəlmişik. Doğrudan da qrupda düşdüyümüz zamanı çoxları deyirdi ki, “Neftçi”nin vəzifəsi bitib. Ancaq biz belə düşünmürük. Qrupdan çıxıb, Azərbaycan xalqını sevindirmək istəyirik. Kazanda 1 xal götürsək belə, bu, bizim üçün sərfəli nəticə olacaq. Çünki buradan heç-heçə ilə qayıtmağın özü də yaxşı nəticədir.
- “Rubin”in son oyunları sizdə hansı təəssürat oyadıb?
- Rəqibin Avroliqada “İnter”lə matçını da izləmişik. Doğrudan da yaxşı səviyyəli, hücuma meylli komandadır. Yaxşı futbolçuları var.
- Ancaq rəqib qeyri-sabit çıxış edir ki, bu, bizim xeyrimizə ola bilər...
- Ola bilər ki, çempionatda belə olsun. Ancaq Avroliqada inamlı təsir bağışlayırlar. Biz yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
- Oyun müsəlmanların ən əziz bayramlarından olan Qurban bayramına düşür. Bu, sizin oyuna köklənməyinizə necə təsir edir?
- Futbol ayrı, bayram ayrı. İstənilən halda, bizim üçün əziz bayramdır. Bu, müsəlmanlar üçün ən vacib bayramlardan biridir. Biz özümüz də bunu oyun günü qeyd edəcəyik. Çalışacağıq ki, qələbə qazanıb, əhval-ruhiyyəmizi daha da yaxşılaşdıraq, bayramı sevinclə keçirək.
- Son vaxtlar oyununuzda eniş olur. Bu, yüklənmələrlə bağlıdır?
- Eniş yalnız “Sumqayıt”a uduzduğumuz oyunda olub. Onda da bütün komanda zəif oynadı. Bu, təkcə mənimlə bağlı deyildi. Belə zəif oyun da gözlənilən haldı. Çünki “Partizan”la yağışlı səfər oyunundan sonra gəlib, demək olar 1 gün sonra oyuna çıxmaq çətin idi. Doğrudan da komandanın yorğunluğu gözlənilirdi. Belə də oldu, zəif çıxış elədik. Ancaq digər oyunlarda yaxşı təsir bağışlamışıq.
- “Sumqayıt”la həmin oyundan sonra baş məşqçiniz Böyükağa Hacıyev sizdən narazı qaldığını bildirmişdi. O demişdi ki, Rəşad belə oynasa, yanımda oturacaq. Bu, sizdə bir kapitan ruh düşkünlüyü yaratmır?
- Yox. Mübarizə aparmağı xoşlayıram. Baş məşqçinin sözlərindən nəsə götürmək, nəticə çıxartmaq lazımdır.
- Ancaq bəziləri bu sözlərdən sonra küskün ola bilər...
- Mənim küsməklə aram yoxdu. Futbolçu döyüşkən xarakterdə olmalıdır.
Mehman SÜLEYMANOV
Kazan

0
0