Yığmamız qrupda qaldı - YENİLƏNİB
24.10.2012 - 18:42
Yığmamız qrupda qaldı - YENİLƏNİB
Azərbaycanın yığması (U-17) Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız yer aldığı IV qrupda Bolqarıstan millisi ilə qarşılaşıb.

Həmyerlilərimiz ilk 2 görüşdə olduğu kimi bu dəfə də məğlubiyyətdən qaça bilməyib. Ev sahibləri komandamıza 4:1 hesabı ilə qalib gəlməklə, qrup birinciliyinə yüksəlib. Futbolçularımız isə çempionatı sonuncu yerdə bitirib.

Son tura kimi lider olan Polşa İspaniyaya uduzub. Onlar bununla da şəxsi görüşə əsasən növbəti mərhələyə vəsiqəni rəqiblərinə hədiyyə ediblər.

Bolqarıstan – Azərbaycan - 4:1
QOLLAR: Despodov, 3, 50; Alekov, 27, 70 - Hakimov, 67
Hakimlər: Eitan Shemeulevitch (İsrail), İdan Yarkoni (İsrail), Amir Sabic (Danimarka), Mixael Yohansen (Danimarka)
Sliven (Bolqarıstan). Hadzhji Dimitar stadionu

Polşa – İspaniya - 0:1
QOL: Çirivella, 68

Bolqarıstan
3
2
0
1
6-3
6
İspaniya
3
2
0
1
3-1
6
Polşa
3
2
0
1
3-2
6
Azərbaycan
3
0
0
3
1-7
0