Alan Kasayev: “Neftçi”yə yuxarıdan aşağı baxmaq mümkün deyil
24.10.2012 - 16:21
“Biz meydana həmişə qələbə üçün çıxırıq. MOİK-lə Premyer Liqanın son turunda 0:2 hesabı ilə uduzduğumuz görüşdə penalti şübhəli idi. Bu amil qırmızı vərəqələrə təsir elədi. İndi bütün diqqətimizi “Neftçi” ilə qarşılaşmaya yönəltmişik”. Apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Rubin”in futbolçusu Alan Kasayev bu gün keçirilən mətbuat konfransında deyib.
Yarımmüdafiəçinin sözlərinə görə, Avroliqanın qrup mərhələsində sabah evdə oynayacaqları “Neftçi”yə güclü rəqib kimi hörmət edirlər: “Neftçi” komanda oyunu ilə seçilir. Kimisə fərqləndirmək istəməzdim. Futbolçuların necə təsir bağışlamağı komandalar arasında birinci oyunda görünəcək. “Neftçi” ilə matça hələ 1 gün vaxtımız var və oyunu olan disklərinə yenə baxacağıq. Rəqibimizə yuxarıdan aşağı baxmağımız mümkün deyil”.
Alan bildirib ki, evdə oynayacaqlarından, “Neftçi” ilə matçda qələbə onlar üçün çox vacibdir: “Buna görə hücum futbolu oynayacağıq. Ancaq hər dəfə bu, mümkün olmur. Buna görə də lazım olan oyun üslubumuzu dəyişməliyik. “Neftçi” ilə oyun öncəsi bizdə heç bir həyəcan yoxdur”.
Maraqlıdır ki, qrup mərhələsində “İnter”lə səfərdə bərabərliyə qalan, “Partizan”a evdə qalib gələn “Rubin” üçün “Neftçi” ilə matçda qalib gəlməmək, xal itkisi faciə olacaqmı?: “Bu haqda düşünmək istəməzdik. Hər şeyi sabahkı oyunda görünəcək. İndidən fikirləşmək ki, udacağıq, yoxsa uduzacağıq, düzgün olmazdı”.
Mehman SÜLEYMANOV

0
0