“Rubin”in zədəli futbolçularının vəziyyəti necədir?
24.10.2012 - 16:30
“Rubin”in Avroliqanın qrup mərhələsində “Neftçi” ilə sabahkı oyun öncəsi heyətlə bağlı problemləri qalmaqdadır. Apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, Kazan klubunun baş məşqçisi Kurban Berdıyev zədəli futbolçular haqda son məlumatları verib.
Onun sözlərinə görə, bəzi legionerlər hələ tam hazır deyillər: “Türkiyəli futbolçumuz Gökhan Tore artıq komanda ilə birgə çalışır. İtaliyalı müdafiəçi Bokkettinin vəziyyətinə oyun öncəsi baxıb qərar verəcəyik. Braziliyalı legioneri Karlos Eduardoda da mikro zədə var. Ümid edirəm ki, o, növbəti oyunda meydana çıxa biləcək”.
Qeyd edək ki, Kazandakı oyun sabah Bakı vaxtilə saat 21:00-da keçiriləcək.
Mehman SÜLEYMANOV
Kazan

0
0