Nikolas Kanales: “Rubin”ə də qol vura bilərəm
24.10.2012 - 20:54
“Hücumçu üçün qol vurmaq çox vacibdi. Təbii ki, “Rubin” çox güclü rəqibdir və onların oyununu ciddi təhlil etmişik”. Apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Neftçi”nin çilili futbolçusu Nikolas Kanales bu gün keçirilən mətbuat konfransında deyib.
Topaz Premyer Liqasının son turunda “Kəpəz”ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edən hücumçu komandasının Avroliqada hələlik vurduğu yeganə qolun müəllifidir: “Sabah “Rubin”ə qarşı nəsə edə bilərəm. Fikrimcə, fərqlənməyim mümkündür”.
İsti havaya öyrəşən cənubi amerikalı legionerlər üçün Kazan kimi soyuq məkanda oynamaq çətindir. Ancaq Kanalesi belə hava qorxutmur: “İndi Rusiya elə soyuq deyil. Vətənim Çilidə qış olanda, havalar təxminən belə olur. Rumıniyada ÇFR klubunda oynamışam. Orda soyuğa öyrəşmişəm”.

0
0