Bahodir Nasimovu 1,5 milyona transfer etmək istəyiblər
24.10.2012 - 21:00
Bahodir Nasimovu 1,5 milyona transfer etmək istəyiblər
“Mən “Neftçi”nin baş məşqçisi postuna gələnə qədər Bahodir Nasimov daim oynayırdı. Ona şans verdim və məni pis vəziyyətdə qoymadı, bombardir oldu”. Apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, bu gün keçirilən mətbuat konfransında rusiyalı jurnalistin “Rubin”dən transfer etdikləri özbək hücumçu Bahodir Nasimov haqda danışarkən maraqlı məqama toxunub: “Mən Bahodirdən çox razıyam. O, yaxında Almaniyadan cərrahiyyə əməliyyatı olunub. İndi bərpa prosesi keçir. Nasimovla Kanalesi bir yerdə hücumda qoysam, heç bir müdafiə onların qarşısını ala bilməz. Nasimov oynayanda, bir klub onu 1,5 milyona istəyirdi. Futbolçu oynayanda açılır, ehtiyatda oturanda yox”.