“Rubin”dən hörmətsizlik: “Neftçi” qaranlıqda məşq etdi
24.10.2012 - 21:05
“Rubin”dən hörmətsizlik: “Neftçi” qaranlıqda məşq etdi
“Neftçi” Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Rubin”lə oyun öncəsi problemlə üzləşib. Apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, “ağ-qaralar” Mərkəzi stadionda cəmi 2 projektor işığı altında məşq etməli olub.

Bu da arenadakı digər 4 projektorun söndürülməyi ilə bağlıdır. Klub rəhbərliyi bununla bağlı qarşı tərəfə müraciət etsə də, vəziyyət dəyişməyib.

Digər problem jurnalistlərin açıq məşqə buraxılmamağı ilə bağlıdır. Belə ki, stadion işçiləri 15 dəqiqədən sonra mətbuat nümayəndələrini məşqdən çıxarmaq istəsə də, “Neftçi” rəhbərliyi məsələyə müdaxilə edib.

Onlar rusiyalıların diqqətinə məşqin ilk 15 dəqiqəsinin yox, bütövlükdə açıq olduğun çatdırıblar.