Kazandan “Neftçi”yə pay düşmədi
25.10.2012 - 21:49
Kazandan “Neftçi”yə pay düşmədi
“Neftçi” bu gün Avropa Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” qrup mərhələsinin III turunda Kazanda yerli “Rubin”in qonağı olublar.

İlk turda Belqradda “Partizan”la qolsuz bərabərliyə qalan təmsilçimiz bu dəfə də səfər matçından xal götürməyə çalışıb.

Amma komandamız məqsədə çata bilməyib. Oyunda qapılara 1 top vurulub ki, buna da meydan sahibləri imza atıblar. 16-cı dəqiqədə Kasayevin qolu kazanlılara 1:0 hesablı qələbə qazandırıb.

Hazırda keçirdiyi 3 oyundan 1 xal toplayan “Neftçi” növbəti görüşünü də “Rubin”ə qarşı keçirəcək.

25 oktyabr
Avroliqa, qrup mərhələsi, III tur


“RUBİN” (Rusiya) – “NEFTÇİ” (AZƏRBAYCAN) - 1:0
Qol: Alan Kasayev, 16 (1:0)
Baş hakim: Ken Hansen (Danimarka)
Kazan. Mərkəzi stadion

“Rubin”: Sergey Rıjikov, Oleq Kuzmin, Kristian Ansaldi, Sesar Navas, Vitali Kaleşin, İvan Markano, Pablo Orbais, Bibras Natxo, Alan Kasayev, Gökdəniz, Salomon Rondon.
Ehtiyat oyuçular: Qyendrius Arlauskis, Roman Şaronov, Salvatore Bokketti, Aleksey Yeremenko, Gökhan Töre, Vladimir Dyadyun, Sergey Davıdov.

“Neftçi”: Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Bruno Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Mirhüseyn Seyidov, Nikolas Kanales.
Ehtiyat oyunçular: Emil Balayev, Kərim Diniyev, Saşa Yunisoğlu, Elvin Yunuszadə, Araz Abdullayev, Kamil Nurəhmədov, Emin Mehdiyev.


"İnter" (İtaliya) - "Partizan" (Serbiya) - 1:0
Qol: Palsio, 88 (1:0)

1
İnter32106-37
1
Rubin
3
2
1
0
5-2
7
2
Neftçi
3
0
1
2
1-4
1
3
Partizan
3
0
1
2
0-3
1