Yenə “Neftçi”, yenə Rəşad Sadiqov
24.10.2012 - 23:42
Bu gün Azərbaycan və Rusiya klubları arasında avrokuboklarda 3-cü duel olacaq. Apasport.az saytının məlumatına görə, bundan əvvəlki 2 oyun da “Neftçi”nin adı ilə bağlıdır.
Fərq ondadır ki, bu dəfə komandamızın qarşısına Moskva MOİK-i yox, Kazan “Rubin”i çıxacaq.
“Neftçi”nin “hərbçilər”lə dueli 2004-cü ilin yayında Çempionlar Liqasının (ÇL) ilk təsnifat mərhələsində olub. Onda Kazbek Tuayevin baş məşqçisi olduğu bakılılar Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliyə qalmışdılar. Moskvada “Dinamo” stadionunda keçirilən cavab oyununun 2-ci hissəsində vurulan 2 qol cütün taleyini həll etmişdi. Belə ki, yarımmüdafiəçi Rolan Qusevlə braziliyalı hücumçu Vaqner Lav Hüseyn Məhəmmədovun qoruduğu qapıya yol tapmışdı.
Maraqlıdır ki, Rusiya çempionatında ən çox qol vuran legioner olan Vaqner MOİK-də debütü, ilk qolu məhz həmin 2:0 hesabı ilə qalib gəldikləri oyunda olmuşdu. Yeri gəlmişkən, moskvalılar ÇL-də mübarizəni dayandırdıqdan sonra UEFA kubokuna düşərək, həmin mövsümün qalibi olmaqla, adını ölkə futbol tarixinə qızıl hərflərlə yazdırmışdı.
İndi “Neftçi”ni Avropanın 2-ci klub turnirində Rusiya çempionu olmuş digər komanda ilə münasibətlərini ayırd edəcək. Bu dəfə də oyunlar ardıcıl olsa da, fərqli xarakter daşıyacaq. Çünki bu, təsnifat yox, qrup mərhələsi oyunlarıdır və 2 oyunun nəticəsinə görə qalib müəyyənləşməyəcək. Yəni komandalar nəticəyə uyğun hesabına xal yazdıra bilmək hüququna malikdirlər.
“Neftçi”nin 8 il öncəki heyətinə baxsaq, qalan yeganə futbolçusu hazırkı kapitanı Rəşad Sadiqovdur. 29 yaşlı yarımmüdafiəçi həmin vaxt ordu klubu ilə oyunlarda iştirak edib. Onda təcrübəli futbolçuların yanında gənc olan Rəşad indi komandanın lideri kimi onu arxasınca aparır.
Qeyd edək ki “Rubin” 2 turdan sonra 4, “Neftçi” 1 xala malikdir.
Mehman SÜLEYMANOV
Kazan

0
0