Bayram bayrama qarışıb...
25.10.2012 - 00:10
“Neftçi”nin Avroliqanın qrup mərhələsində tarixi çıxışı maraqlı tendensiya ilə müşahidə olunur. Apasport.az saytının məlumatına görə, komandamızın 2-ci səfər oyunu da bayram gününə təsadüf olunur.
Belə ki, paytaxt təmsilçisi ilk turda Belqradda “Partizan”ın qonağı olduğu gün – sentyabrın 20-də ölkəmizdə Neftçilər günü qeyd olunurdu. Onda “Neftçi” qazandığı 1 xalla təmsil etdiyi peşə sahiblərini bayramını təbrik etmişdi.
Bu gün isə oktyabrın 25-dir və bayram təkcə Azərbaycan yox, bütün müsəlman dünyası ilə bağlıdır. Söhbət ən əziz bayramlarımızdan sayılan Qurban bayramından gedir. Özü də bu dini bayramın müsəlman torpağında – Tatarıstanın paytaxtı Kazanda oyuna təsadüf olunmağı diqqəti çəkən məqamdır. Bununla da “Rubin” – “Neftçi” oyununda avrokubokların qrup mərhələsində ilk dəfə 2 müsəlman baş məşqçinin – bir-birlərini hələ SSRİ çempionatının I dəstəsində bir-birinə qarşı oynadıqları zamandan yaxşı tanıyan türkmənistanlı Kurban Berdıyevlə azərbaycanlı Böyükağa Hacıyevin görüşü olacaq.
“Neftçi”nin ilk ev oyunu oktyabrın 4-də “İnter”lə olduğu vaxt da bayram idi. Daha doğrusu, italyanlarla oyunun ertəsi – ölkəmizdə müəllimlər günü qeyd olundu. “Neftçi” “Rubin”i noyabrın 8-də qonaq edəcək ki, bundan 1 gün sonra Azərbaycanda növbəti bayram - Milli Bayraq günü qeyd olunacaq. Göründüyü kimi, “Neftçi”nin qrup mərhələsində oyunları zamanı bayramlar bir-birini sıralayır.
Mehman SÜLEYMANOV
Kazan

0
0