“Neftçi”nin “Rubin”ə qarşı start heyəti necə olacaq?
25.10.2012 - 01:03
“Neftçi” Avroliqanın qrup mərhələsində “Rubin”lə bugünkü oyuna heyətdə böyük dəyişiklər etmədən çıxacaq. Apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, gənc müdafiəçi Tərlan Quliyev ilk turda “Partizan”la Belqradda oyunda olduğu kimi, start heyətində meydana çıxacaq. Hər halda, onun oyun öncəsi mətbuat konfransında iştirakı ilk dəqiqələrdən meydana çıxacağı deməkdir.
Onda Elvin Yunuszadə cəzalı olduğundan, Tərlan müdafiənin mərkəzində onu əvəzləyirdi. İndi Elvinin belə problemi yoxdur. Sadəcə, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Yunuzsadəni bu dəfə ehtiyatda oturub, təcrübəli İqor Mitreskinin yanında Quliyevi oynada bilər.
Ancaq Tərlan universal futbolçu olduğundan, müdafiənin digər mövqelərində də oynaya bilər. Belə ki, Cavid İmamverdiyev zədəli olduğundan, Quliyev müdafiənin önündə qərarlaşa bilər ki, bu zaman digər mərkəz yarımmüdafiəçiləri Erik Ramosla Rəşad Sadiqov olacaq. Özü də Rəşad İmamverdiyevin yoxluğunda tək hücumçu Nikolas Kanalesin arxasında oynaya bilər. Ancaq Cavidin əvəzində Mirhüseyn Seyidovun yer alacağı daha real görünür. Hacıyev Cavidin yoxluğunda “İOnter”lə Bakıdakı matçda start heyətində meydana buraxdığı Kamil Nurəhmədovu artıq fasilədə Seyidovla əvəzləməli oldu ki, sonuncu daha yaxşı təsir bağışladı.
Tərlana gəlincə, o daha çox müdafiənin sol cinahında oynayır. Onun həmin mövqedə yer almağı ilə braziliyalı Bruno Bertuççi yarımmüdafiənin sol cinahına çəkilməklə hücuma daha çox qoşulmaq imkanına malik olacaq. Həmin mövqedə oynayan həmyerlisi Flavinyo isə bir oyun qurucusu kimi hücumçunun arxasında qərarlaşa bilər.
“Neftçi”nin digər mövqelərinə gəlincə, qapıda Saşa Stamenkoviç, müdafiənin sağında Mahir Şükürov, yarımmüdafiənin sağında Julius Vobay yer alacaq.
Mehman SÜLEYMANOV
Kazan

0
0