“İnter”dən xeyirxah addım - FOTOSESSİYA
25.10.2012 - 13:50
Bu gün “İnter”in kollektivi Qurban Bayramını uşaqlarla birlikdə qeyd edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın nümayəndələri Sabunçu rayonunda yerləşən 37 nömrəli Kardiorevmotoloji Məktəbəqədər Uşaq Sanatoriyasına baş çəkərək, onları bayram sovqatı ilə sevindiriblər.
"İnter"in idman direktoru Natiq Məmmədov uşaqları bayram münasibətilə təbrik edib, klub rəhbərliyinin salamlarını və arzularını çatdırıb. Sonra onlara hədiyyələr təqdim edilib. Tədbirdə şən klounların çıxışları da balacaların lap ürəyincə olub.

0
0