“İnter” həmin matçlarda rəqibini 8 dəfə məğlub edibsə, “Bakı” 11 qələbəyə malikdir ( qeyd edək ki, bu qələbələrin biri oyuna əlavə olunmuş vaxtda əldə olunub, bir qələbə isə texniki olub). Digər 6 oyun isə heç-heçə başa çatıb. Vurulan topların fərqi də “Bakı”nın xeyrinədir -22:13.
Komandalar ilk dəfə isə 2004/05 mövsümündə çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 0:0 hesabıyla başa çatıb. “İnter” və “Bakı” qarşıdurmasında ilk qolun müəllifi “zolaqlılar”ın gürcüstanlı yarımmüdafiəçi Aleksandr Qoqoberişvili olub.
Ötən mövsümdə komandalar 4 dəfə qarşılaşıblar və 2 oyun “Bakı”nın qələbəsi ilə başa çatıb - 3:0 ( +:-), 1:0, 2 oyunda isə “İnter” qalib gəlib - 1:0, 1:0. Bu dueldə ən populyar hesab da 1:0-dır. Belə nəticə 25 görüşün 12-də qeydə alınıb.
Mövsüm | Oyun | Hesab |
2004/05 | “İnter”-“Bakı” | 0:0 |
2004/05 | “Bakı”-“İnter” | 2:0 |
2004/05 | “İnter”-“Bakı(k) | 1:2(ə.v) |
2005/06 | “Bakı”-“İnter” | 1:0 |
2005/06 | “İnter”-“Bakı” | 0:1 |
2006/07 | “Bakı”-“İnter” | 2:0 |
2006/07 | “İnter”-“Bakı” | 0:1 |
2007/08 | “Bakı”-“İnter” | 0:0 |
2007/08 | “İnter”-“Bakı” | 1:0 |
2008/09 | “Bakı”-“İnter” | 0:0 |
2008/09 | “İnter”-“Bakı” | 0:1 |
2009/10 | “İnter”-“Bakı” | 1:0 |
2009/10 | “Bakı”-“İnter” | 2:0 |
2009/10 | “İnter”-“Bakı” | 1:1 |
2009/10 | “Bakı”-“İnter” (k) | 0:1 |
2009/10 | “İnter”-“Bakı” (k) | 1:3 |
2009/10 | “Bakı”-“İnter” | 0:0 |
2010/11 | “İnter”-“Bakı” | 1:0 |
2010/11 | “Bakı”-“İnter” | 1:2 |
2010/11 | “İnter”-“Bakı” | 1:1 |
2010/11 | “Bakı”-“İnter” | 0:1 |
2011/12 | “İnter”-“Bakı” | 0:3(-:+) |
2011/12 | “Bakı”-“İnter” | 1:0 |
2011/12 | “Bakı”-“İnter” | 0:1 |
2011/12 | “İnter”-“Bakı” | 1:0 |
Qeyd edək ki, “Bakı” – “İnter” matçı oktyabrın 26-da saat 16:00-da başlayacaq.
Mənbə: inter.az