“Xəzər Lənkəran”da şok itkilər
25.10.2012 - 23:32
Sabah “Qarabağ” klubunu qəbul edəcək “Xəzər Lənkəran komandası hazırlıqlarını doğma şəhərdə davam etdirir. Apasport.az saytının məlumataına görə, “ağ-yaşıllar” dünən axşam saatlarında növbəti məşqini keçirib. Saat yarım davam edən hazırlıq prosesi bütünlüklə toplu çalışmalardan ibarət olub.
Lənkəran Olimpiya Mərkəzinin əsas meydançasında baş tutan məşq zamanı Ruslan Abışov zədələnərək məşqi yarımçıq saxlayıb. Onun zədəsinin nə dərəcədə ağır olduğu ilə də maraqlanmışıq. Məlum olub ki, onun “Qarabağ”la oyunda iştirakı hələ sual altındadır. Bununla belə, oyuna qədər futbolçunun zədəsi ilə bağlı məsələyə tam aydınlıq gələcəyi də gözlənilir.
Ötən oyunda zədələnən Eder Bonfim isə yaxın 3 ay müddətində komandasına kömək edə bilməyəcək. Belə ki, həkim müayinəsindən sonra məlum olub ki, zədəli futbolçu ən yaxşı halda 2013 ildə yaşıl meydanlara qayıda bilər.
12cioyuncu.info

0
0