Bahodir Nasimov: Əsas odur ruhdan düşməyək
26.10.2012 - 01:09
“Neftçi” klubunun özbəkistanlı futbolçusu Bahodir Nasimov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Rubin”lə oyundan (0:1) sonra apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb
- Keçmiş və indiki komandalarınızın oyunu sizdə hansı təəssürat oyatdı?
- Qol imkanları çox oldu. “Rubin” xeyli təhlükəli vəziyyətlər yaratdı. Biz də rəqib qapısına yol tapa bilərdik. Ancaq rəqib daha yaxşı oynayıb qalib gəldi. Eybi yox, əsas odur ruhdan düşməyək. Növbəti oyunlara hazırlaşmaq, daha çox çalışmaq lazımdı. Bizim qarşıdakı müddətdə 3 gündən bir oyunlarımız olacaq və həmin matçlarda uğur qazanmağa çalışacağıq.
- Bəs siz nə vaxt yaşıl meydana dönəcəksiniz?
- Ağır zədədən sonda əməliyyat olundum. Hazır olmağım üçün vaxt lazımdır.
- Müayinə olunmaq üçün Almaniyaya getmişdiniz? Həkim sizə nə dedi?
- Bərpa prosesi yaxşı gedir. Artıq qaçmağa, topla çalışmağa icazə veriblər. Oynamağa gəlincə, həkimlər nə vaxt icazə versə, onda da meydana qayıdacağam. Bu, ən azı 2-3 həftə sonra ola bilər.
- “Rubin”lə cavab matçında da meydana çıxa bilməyəcəyinizə görə təəssüflənirsiniz?
- Əlbəttə. Ancaq futbolda zədələr qaçılmazdı və hər bir oyunçu belə problemlə üzləşə bilər.
- “Rubin” siz oynadığınız vaxtla müqayisədə çox dəyişib? Hansı daha güclüdür?
- “Rubin” mən oynadığım vaxtda – 2009/10 mövsümündə ölkə çempionu, Superkuboku qazandı, bundan sonra 2 dəfə Çempionlar Liqasının qrup mərhələsində oynadı. Komandanın hər ili heyəti dəyişib. Mən oynadığım vaxtla müqayisə yeni futbolçular çoxdur. Birgə oynadığım 6-7 futbolçu ilə görüşdüm.
- Sizi hələ də xatırlayırlar?
- Bəli. Baş məşqçi Kurban Berdıyev və klub rəhbərliyi ilə görüşüb, söhbətləşmək imkanım oldu.
- Tam hazır olandan sonra yenə məhsuldar hücumçu kimi özünü göstərə biləcəksiniz?
- Çalışacağam. Yenə qol vurub, oyunumla azarkeşləri sevindirmək istəyirəm.
- Ancaq əsas heyətə qayıdıb, möhkəmlənmək çətin olacaq. Çünki çilili Nikolas Kanales daim start heyətində meydana çıxır...
- Bunu yaxşı başa düşürəm. Hər halda, özünə güvənirəm.
- Bəs Kanalesin oyununu necə dəyərləndirərdiniz?
- Xoşuma gəldi, yaxşı hücumçudur. Həm məşqini, həm də oyununu izləyib, bəyənmişəm.
- Yəni Kanaleslə rəqabətə hazırsınız...
- Əlbəttə. Rəqabətdən qorxsaydım, futbol oynamazdım. İndi ən vacibi tam bərpa olunub, komanda ilə birgə məşq etməyimdir.
- Bakıda “Rubin”ə qalib gələ bilərik?
- Əgər bir az oyunumuzu artırsaq, istəyimizə çata biləcəyik. Həmin matçda stadion tam dolacaq. Buna görə “Rubin”lə Bakıdakı oyunda mütləq qalib gəlməliyik.
Mehman SÜLEYMANOV
Kazan

0
0