Hansı klub Bahodir Nasimova 1,5 milyon təklif edib?
26.10.2012 - 09:01
“Qiymət haqda nəsə bilmirəm. Ancaq mənimlə maraqlanan xarici klublar olub”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun futbolçusu Bahodir Nasimov deyib.
Avropa Liqasının qrup mərhələsində “Rubin”lə oyun öncəsi mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçi Böyükağa Hacıyev özbəkistanlı hücumçu barədə maraqlı açıqlama vermişdi.
Belə ki, Hacıyev Nasimovu 1,5 milyona almaq istəyən klub olduğunu demişdi. Amma əməkdaşımızla söhbətində Bahodir bu məbləğdən xəbərsiz olduğunu bildirib: “Mənimlə Türkiyə, Rusiya və Polşa klubları maraqlanırdı. Yüksək liqa təmsilçiləri idi. Ancaq danışıqların gedişi haqda məlumatım yoxdur. Müqavilə ilə “Neftçi”nin futbolçusuyam və burada çıxışımı davam etdirirəm”.

0
0