“Neftçi”nin cəmi 1 qol epizodu oldu”
26.10.2012 - 09:00
“Neftçi”nin cəmi 1 qol epizodu oldu”
“Qələbə qazansaq da, oyun bizim üçün asan olmadı”. Apasport.az saytının xəbərinə görə, bunu “Rubin” klubunun futbolçusu Vladimir Dyadyun deyib.

Rusiyanın NTV telekanalına açıqlama verən Dyadyun bildirib ki, 1:0 hesabıyla qalib gəldikləri görüşdə “Neftçi”nin cəmi 1 qol epizodu olub: “Oyun ərzində “Neftçi”nin cəmi 1 qol epizodu oldu. Yaxşı ki, həmin epizodda qol buraxmadıq. Yoxsa bizim üçün daha çətin olardı”.