Yunis Hüseynovun təəssüfü
31.10.2012 - 18:25
Yunis Hüseynovun təəssüfü
“Çox ağır oyun keçdi, “Sumqayıt” gənc komandadır. Bugünkü oyuna qələbə əzmi ilə çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Cənub təmsilçisi Topaz Premyer Liqasında növbəti xal itkisinə məruz qalıb. Komanda bu gün “Sumqayıt”la səfərdə 1:1 hesablı bərabərliyə qalıb.

Hüseynov bunda qol vəziyyətlərindən istifadə edə bilməməklərini əsas gətirib: “Rəqibimiz sona kimi mübarizə apardı. Bir neçə qol imkanından yararlana bilmədik. Təəssüflər olsun ki, 1 xalla kifayətlənməli olduq”.