Ata oldu, “Bakı” ilə matçı buraxdı
01.11.2012 - 00:01
AZAL-ın litvalı futbolçusu Andrius Veliçka baş məşqçi Vaqif Sadıqovun icazəsi ilə vətəninə yollanıb. Apasport.az saytının xəbərinə görə, adı “Bakı” ilə görüşün iştirak ərizəsinə salınmayan forvardın Litvaya yola düşməsinin səbəbi onun bu günlərdə ata olması ilə əlaqədardır. Futbolçu noyabrın 3-də Azərbaycana qayıdacaq və “Qarabağ”la matçın hazırlıqlarında iştirak edəcək.
0
0