“Çelsi”nin tarixində ən yaxşı futbolçunun adı açıqlandı
01.11.2012 - 09:27
“Çelsi”nin tarixinin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, London klubunun rəsmi jurnalının azarkeşlər arasında keçirdiyi sorğuya əsasən mövsümlərarası fasilədən komandadan getmiş Fil Dişi Sahilindən olan hücumçu Didye Droqba hamıdan yaxşı sayılıb.
Droqba “Çelsi”də keçirdiyi 8 mövsümdə 1 Çempionlar Liqası, 3 dəfə İngiltərə çempionluğu, 4 dəfə İngiltərə Kuboku və 1 dəfə Liqa Kuboku ilə Superkuboku qazanıb. O, 341 oyunda 157 qol vuraraq, 2 dəfə çempionatın bombardiri olub. Bundan əlavə, Diedye İngiltərə Premyer Liqasında 100-dən çox qol vuran ilk afrikalı futbolçu olub.
Hazırda Çinin “Şanxay Şenxua” klubunda oynayan hücumçu azarkeşlərin hamısına minnətdarlıq edib: “Məni səs verənlərin hamısına təşəkkür edirəm. Klubun tarixində çoxlu dahi futbolçular arasında 1-ci olduğuma görə fəxr edirəm”.

0
0