Yunis Hüseynov 5-ci oldu
01.11.2012 - 09:38
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının cari mövsümündə istefası reallaşan 5-ci çalışdırıcı olub. Apasport.az saytının məlumatına görə, bunadək “Rəvan” türkiyəlilər Cevat Gülərlə (“Rəvan”) Fatih Kavlak (“Qəbələ”), habelə yerli mütəxəssislər - Fuad İsmayılovla (“Kəpəz”) Əsgər Abdullayev postlarından getmişdi. Hər 4 baş məşqçi cari mövsümdə uğursuz çıxışa görə klub rəhbərliyi tərəfindən istefaya göndərilmişdi.
Hüseynovu da belə aqibət gözlədi və o, hesabat turunda “Sumqayıt”la 1:1 hesabı ilə nəticələnən səfər matçından sonra vəzifəsindən çıxarılıb. “Xəzər Lənkəran” 47 yaşlı çalışdırıcının rəhbərliyi altında cari çempionatda keçirdiyi 10 oyunda 13 xal toplayaraq, tunir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Hüseynov bu ilin martında istefaya göndərilən türkiyəli həmkarı Cüneyt Biçərin yerinə təyin olunmuşdu.

0
0