“Xəzər Lənkəran” futbolçuları yerindəcə cəzalandırdı
01.11.2012 - 10:54
“Xəzər Lənkəran” futbolçuları yerindəcə cəzalandırdı
“Sumqayıt”la matçın nəticəsindən narazı qalan “Xəzər Lənkəran”ın məşqçilər heyəti futbolçulara ilk cəzanı elə yerindəcə vermək qərarına gəlib.

Apasport.az saytının xəbərinə görə, 1:1 hesablı bərabərlikdən sonra Yunis Hüseynov oyunçuları təxminən 30 dəqiqə meydanda dövrə vurmağa məcbur edib.

Futbolçulara klubun kodeksinə uyğun olaraq, pul cəzasının kəsiləcəyi də istisna olunmur.