“Neftçi” güclü olsa da, yalnız qələbə barədə düşünürük”
02.11.2012 - 00:02
6 oyun idi qələbə qazana bilməyən “Qəbələ” Topaz Premyer Liqasının XI turunda “Qarabağ”ı məğlub etməklə, uğursuz seriyaya son qoydu. Apasport.az saytının xəbərinə görə, bu, həm də komandanın cari mövsümdə qazandığı ilk səfər qələbəsi kimi tarixə düşdü.
3 xalın əldə edilməsində matç boyunca aktivliyi ilə seçilən və ikinci qolun müəllifi Dodonun böyük rolu oldu. Qarşılaşamadan sonra fikirlərini klubunun saytına bildirən futbolçu artıq qələbəni unutduqlarını söyləyib: “Qələbə qazandığımız üçün özümü çox xoşbəxt hiss edirəm. Uzun zaman idi ki, yaxşı oyun nümayiş etdirsək də, qələbə qazana bilmirdik. Yeni baş məşqçinin gəlişindən sonra həm fiziki, həm də psixoloji cəhətdən inkişaf edirik”.
Dodonun fikrincə, “Qarabağ” üzərindəki qələbə futbolçularda özünə inamı bərpa edib: “Komanda olaraq yaxşı çıxış etdik və layiq olduğumuz qələbəni aktivimizə yazdıq. Artıq bu oyunu unudub növbəti qarşılaşmaya – “Neftçi” ilə matça köklənmişik. Rəqibimiz güclü olsa da, yalnız qələbə barədə düşünürük. İnanıram ki, bu oyunda da istədiyimiz nəticəni əldə edib, uğurlu seriyanı yaxalayacağıq”.

0
0