“O vaxt top mənə həqiqətən də böyük görünürdü” – MÜSAHİBƏ
02.11.2012 - 00:09
“Barselona”nın lideri Lionel Messi İspaniya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, bugünlərdə "Qızıl buts" mükafatına qovuşan argentinalı futbolçu uşaqlıq xatirələrindən və komandasından danışıb.
- Futbolda ilk addımlarınızı xatırlayırsız?
- Doğma məhəlləmdə 3-4 yaşım olanda oynamağımı təsəvvürümdə çətinliklə canlandıra bilirəm. Mənim hətta böyük topla uşaqlıq şəklim də var. O vaxt top mənə həqiqətən də böyük görünürdü.
- Nə əcəb sizi o vaxt tapdalamayıblar?
- Bilmirəm. Yəqin ki, elə o vaxtdan oynadığım üslub formalaşıb. Uşaq yaşlarımdan bu tərəfə demək olar ki, əslində heç nə dəyişməyib.
- "Barselona"ya ilk dəfə gələndə hansı hissləri keçirmisiz?
- Bir tərəfdən gözəl şəhərdə yaşayacağım məni sevindirirdi. Digər tərəfdən isə çətin idi. Çünki mən ailəm və yaxınlarımdan uzaqda idim. Ətrafımda tanıdığım heç kimi yox idi. Onu da qeyd edim ki, gələndə mənim zədəm var idi və onu sağaltmaqla məşğul idim. Bunlardan əlavə ilk vaxtlarda sənədləşdirmədə də problemlər yaranmışdı.
- Boyunuza görə sizi heç vaxt qıcıqlandırmayıblar?
- Heç vaxt. Baxmayaraq ki, mən hər yerdə - həm komandada, həm də məktəbdə ən bəstəboy olmuşam.
- "Barselona" sizin futbola baxışınıza necə təsir göstərib?
- Bir daha təkrar edirəm: mənim oyun üslubum həmişə eyni cür qalıb. Mən heç vaxt onu axtarmamışam, həmişə mənimlə olub. "Barselona" isə mənə fundamental şəkildə futbolun və komandanın nə olduğunu dərk etdirib. Burada mənə oynamağı və düşünməyi komanda maraqlarına qurban verməyi öyrədiblər. Argentinada isə hər şey fərqli idi. Qaç, oyna, nə istəyirsən elə. Məhz burada mən taktikanın nə olduğunu anladım.
- 2005-ci ildə "Qampe" turnirindən sonra "Yuventus"un baş məşqçisi Fabio Kapello sizin transferinizi həll etmək istəyirdi...
- İndiyədək onun xoş sözlərini xatırlayıram. Onun kimi məşqçi tək-tükdü. Kapello demək olar bütün titullara sahib çıxıb. Belə bir adamın tərifi adamı qanadlandırır.
- Raykaardın "Barselona"sı ilə də hamı fərəhlənirdi. O komandanın oyunu da hamı tərəfindən sevilirdi. Həmin komandaya birdən-birə nə oldu?
- Bilmirəm. Əvvəlcə top fərqinə görə çempionluğu "Real"a verdik. Növbəti il 3-cü yeri tutduq. "Mançester Yunayted"ə yarımfinalda məğlub olduq. Dəyişiklik etmək lazım idi.
- Sizcə Ronaldinyo və Deko nəyə görə belə tez "söndülər"?
- Deyə bilmərəm. Lakin qeyd etməliyəm ki, ilk gündən onlar mənim yanımda olublar. Mənə çox kömək ediblər. Onlara həyatım boyu minnətdar olacağam. Təkcə onlara yox, eyni zamanda Silvinyo və Mottaya da.
- Sizin dietanız haqda çoxlu söhbətlər dolaşır. Nə ilə qidalandığınızı bizə deyə bilərsiz?
- Çox danışdıqları doğrudu. Lakin cavabım gözlənilməz olmayacaq. Mən hamı kimi qidalanıram. Ola bilər ki, bəzi təamları az yeyirəm. Balığa daha çox üstünlük verirəm.
- Messiyə komplimentlər səngimək bilmir. Şöhrətlə necə bacarırsız?
- Çox sadə. Özümün nə vaxt yaxşı, nə vaxt da pis oynadığımı çox gözəl bilirəm. Birinci tənqidçi məhz özüməm. Ona görə də kimlərinsə sözləri mənə təsir göstərmir.
- Topu qəbul edərkən növbəti addımlar haqda düşünürsüz, yoxsa hər şey instinktiv alınır?
- Əvvəlcə topu rəqib komanda qapısına daha da yaxınlaşdırmağın ən yaxşı yolunu seçirəm. Sonra isə hər şey özü alınır.
- Trenajor zalında çox vaxt keçirirsiz?
- Zəif tərəflərimi aradan qaldırmaq üçün çalışıram. Lazım olan miqdarda fiziki kondisiyalarımı yaxşılaşdırmaq üçün trenajor zalında da işləyirəm. Lakin hər bir kəs kimi mənim də trenajor zalından xoşum gəlmir. Ona görə də boş vaxtım olan kimi ora qaçdığımı deyə bilmərəm.
- "Messi" dedikdə həmişə ağıla Xavi ilə İnyestanı gətirirlər?
- Hər ikisi dahi futbolçulardı. Onlardan hər zaman nəsə öyrənmək olur. Onlar bir-birinə çox bənzəyirlər. Düzdü, fərqli cəhətləri var. Amma fikrimcə hər ikisinin "xəmiri" eyni yoğrulub.
- "Barselona"nın lideri kimdi: Messi, Xavi, yoxsa İnyesta?
- Bizim komandanın liderə ehtiyacı yoxdu. Hamı öz yerini və nə edəcəyini çox yaxşı bilir.
- Belə görünür ki, son vaxtlar yarımmüdafiəyə daha çox meyl edirsiz. Bu həqiqətdi?
- Hər şey konkret oyundan asılıdı. Bəzi hallarda geriyə topu almaq üçün çox çəkilirəm. Lakin bu, qanunauyğunluq deyil.
- Məşq zamanı ikitərəfli oyunda uduzanda, qəmgin olduğunuz doğrudurmu?
- Bu, "Barselona"nın hər bir futbolçusuna aiddi. Hamı məşqdə belə məğlub olarkən üzülür. Bu xasiyyət bizi bir komanda kimi qələbəyə alışdırır.
- Argentinada olarkən vaxtınızı necə keçirirsiz?
- Qohum-əqrəba ilə oturmağı xoşlayıram. Hamı bir yerə toplaşdıqda özümü xoşbəxt hiss edirəm.
- Braziliyadakı dünya çempionatı haqda düşünürsüz?
- Dünya çempionu olmaq futbolçunun ən böyük arzusudu. Argentinalı üçün isə xüsusilə. Braziliyada dünya çempionatının keçirilməsi intriqanı bir qədər də artırır.
- Sizi Pele və Maradona ilə müqayisə edərək, bütün zamanların ən yaxşı futbolçusu adlandırmağa necə baxırsız?
- Yalan söyləmək istəmirəm, bu mənə xoş gəlir. Lakin belə bir fikir söyləmək hələ tezdi.
- Oğlunuz futbolçu olacaq?
- Kim istəyirsə olacaq. Əvvəlcə böyüsün. Sonra özünün və anasının kim xoşuna gələrsə, olar. Əlbəttə ki, atasının da.

0
0