Ağayev bir qola sevindi
02.11.2012 - 00:20
Azərbaycan yığmasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu "Daqdizel" Rusiya çempionatının II divizionunda növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, "Volqar-2" klubunu qəbul edən Kaspiysk təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.
Bu qalibiyyətdən sonra "Anji"nin farm-klubu sayılan "Daqdizel" xalını 31-ə yüksəldib və mübarizə apardığı Cənub zonasında 6-cı pillədə qərarlaşıb. Lider Novorossiysk "Çernomorets"inin aktivində 39 xal var.

0
0